Menyu

Aİ liderləri Ukrayna və immiqrasiya problemi ilə bağlı toplanacaq

Aİ liderləri Ukrayna və immiqrasiya problemi ilə bağlı toplanacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukraynaya dəstək və immiqrasiya kimi məsələləri müzakirə etmək üçün sabah Brüsseldə bir araya gələcək.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, iyunun 29-30-da keçiriləcək Aİ Liderlərinin Zirvə Toplantısında müzakirə ediləcək məsələlərdən biri də Ukraynadır. Xüsusilə “Vaqner” muzdlu qruplaşmasının Rusiya administrasiyasına qarşı qiyamından sonrakı vəziyyət və Ukraynaya veriləcək maliyyə və hərbi dəstəklə bağlı fikir mübadiləsi aparılacaq.

Liderlərin sabahkı iclasının bir hissəsinə NATO-nun baş katibi Yens Stoltenberq də qatılacaq və Ukraynaya dəstək üzrə NATO-Aİ əməkdaşlığı müzakirə olunacaq.

Sammitdə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasında istifadəsi də qiymətləndiriləcək. Aİ rəsmiləri bildirirlər ki, təşkilat ehtiyatlı davranır, çünki dondurulmuş aktivlərdən istifadə həm texniki problem, həm də bir çox nəticələrə səbəb ola bilər. Buna görə də, masada duran bir çox variant nəzərdən keçiriləcək.

Aİ liderlərinin görüşündə Ukrayna prezidenti Volodimir Zelenskinin də videokonfrans vasitəsilə iştirakı planlaşdırılır.

Teqlər:

"Aİ liderləri Ukrayna immiqrasiya problemi ilə bağlı toplanacaq"

Əlaqəli Xəbərlər