Menyu

Duda: "Rusiyanın hücumlarına baxmayaraq, Ukrayna qalib gələcək"

Duda: "Rusiyanın hücumlarına baxmayaraq, Ukrayna qalib gələcək"
1 dəq oxu

Polşa prezidenti Duda, Litva prezidenti Gitanas Nauseda və Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın paytaxtı Kiyevdə mətbuat konfransı keçirib.

"Operativ Media" xəbər verir ki, konfransda çıxış edən Duda deyib: 

"Vaqner" hərbi şirkəti və Rusiya Belarusda nüvə silahı yerləşdirəcəklərini açıqlamışdı. Polşa və bölgəsində təhlükəsizlik şərtləri artıq dəyişib".

Ukraynanın təhlükəsizliyinin bütün Avropanın təhlükəsizliyi olduğunu söyləyən Duda qeyd edib: “Rusiyanın hücumlarına baxmayaraq, Ukrayna qalib gələcək. Biz mümkün olan hər şeyi edirik ki, NATO-nun Vilnüs sammiti mümkün qədər həlledici olsun və Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı aydın perspektiv formalaşsın”. 

Litva prezidenti Nauseda da bəyan edib ki, 2014-cü ildən Ukrayna öz konstitusiyasını “qanla” yazıb və müstəqilliyini müdafiə edib: “Ukrayna xalqına çatdırmaq istədiyim mesaj budur: Ukrayna heç vaxt tək olmayacaq. Ukrayna Avropa ailəsinə aiddir”. 

Əlaqəli Xəbərlər