Menyu

Fransada polisin sürücünü öldürməsiylə ölkədə etirazlar başlayıb

Fransada polisin sürücünü öldürməsiylə ölkədə etirazlar başlayıb

Fransanın Nanter şəhərində polisin dünən açdığı atəş nəticəsində 17 yaşlı sürücü həyatını itirib. 

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, hadisənin ardından ölkədə etirazlar başlayıb. 

Məlumata görə, müxtəlif şəhərlərdə baş verən hadisələrdə 31 nəfər saxlanılıb, 24 polis əməkdaşı yaralanıb.

Fransa Daxili İşlər Naziri Gerald Darmanin milli mətbuata verdiyi açıqlamada, dünən Nanterre şəhərində 17 yaşlı sürücü Nael M.-nin polis tərəfindən öldürülməsi ilə bağlı hadisənin araşdırıldığını bildirib.

Darmanin qeyd edib ki, əgər sürücüyə atəş açan polis əməkdaşının davranışı qanuna ziddirsə və bu təsdiqlənərsə, həmin məmura qarşı sanksiyalar tətbiq olunacaq.

Teqlər:

"Fransada polisin sürücünü öldürməsiylə ölkədə etirazlar başlayıb"

Əlaqəli Xəbərlər