Menyu

Konaşenkov: "Rusiya ordusu iki ukraynalı generalı öldürüb"

Konaşenkov: "Rusiya ordusu iki ukraynalı generalı öldürüb"

"Rusiya ordusu 2 ukraynalı generalı öldürüb".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi iddia edib.

Nazirlik çərşənbə axşamı Rusiya ordusunun qondarma Donetsk Xalq Respublikasının Kramatorsk şəhərinə yüksək dəqiqliklə hücum etdiyini, nəticədə 2 ukraynalı generalın öldürüldüyünü açıqlayıb.

Nazirliyin sözçüsü İqor Konaşenkov paytaxt Moskvada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri ilə bağlı açıqlamalar verib: "Donetskdəki Vyemka kəndi yaxınlığında Ukrayna ordusuna aid silah-sursat anbarı məhv edilib. ABŞ istehsalı olan 2 ədəd AN/TPQ-50 əks-akkumulyatorlu radiolokasiya stansiyası vurulub".

Konaşenkov əlavə edib: “Rusiya ordusunun iyunun 27-də Ukrayna Silahlı Qüvvələrinin 56-cı motoatıcı briqadasının "Donetsk Xalq Respublikası"nın Kramatorsk şəhərindəki müvəqqəti dislokasiya məntəqəsinə yüksək dəqiqliklə hücumu nəticəsində qərargah iclasında iştirak edən 2 general, təxminən, 50 zabit və 20-yə yaxın əcnəbi muzdlu və hərbi məsləhətçi öldürülüb”.

Teqlər:

"Konaşenkov: \"Rusiya ordusu iki ukraynalı generalı öldürüb\""

Əlaqəli Xəbərlər