İraq məhkəməsi İsveçdə Quranı yandıran İraq əsilli şəxsin ekstradisiyasını tələb edib
İraqın Ali Məhkəməsi İsveçdə Quranı yandıran İraq əsilli Salvan Momikanın ekstradisiya edilməsi və cəzalandırılması üçün hərəkətə keçib.
"Operativ Media" xəbər verir ki, bu barədə İraqın rəsmi xəbər agentliyi İNA məlumat yayıb.
Məlumata görə, Quran yandıran iraqlının ölkəyə qaytarılması üçün lazımi hüquqi addımların atılmasına göstərişi Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan verib.
Digər tərəfdən İraq Xarici İşlər Nazirliyi Qurana qarşı edilən bu hərəkəti pisləyib.
"Bu hərəkət müsəlmanlara qarşı bir təxribatdır. Beynəlxalq ictimaiyyəti hər cür ekstremizmə qarşı məsuliyyəti öz üzərinə götürməyə çağırırıq", - İraq Xin qeyd edib.
Qeyd edək ki, Qurban bayramının ilk günü İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quran kitabını yandırıb.
Teqlər:
"İraq məhkəməsi İsveçdə Quranı yandıran İraq əsilli şəxsin ekstradisiyasını tələb edib"