Çində ölkənin suverenliyi, milli təhlükəsizliyi və inkişaf maraqları ilə bağlı məsələlərdə “əks və məhdudlaşdırıcı tədbirlər tətbiq etmək hüququnu” özündə ehtiva edən yeni “Xarici Əlaqələr Qanunu” qəbul edilib.
"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, qəbul edilən qanun qanunverici orqanın, Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin dünən başa çatan üç günlük iclasında təsdiqlədiyi əsasnamələr arasında olub.
İyulun 1-dən qüvvəyə minəcək qanun hökumətə xarici ölkələrin Çinə sanksiyalar tətbiq etmək və daxili işlərinə qarışmaq cəhdlərinə qarşı sanksiyalar tətbiq etmək və əks tədbirlər görmək hüququ verir.
Qanunda Çinin xarici əlaqələrini Sədr Si Tsinpinin “Yeni dövrdə Çin xüsusiyyətlərinə malik sosializm” ideyasının rəhbərliyi altında aparacağı, “müstəqil və sülhsevər xarici siyasət yürüdəcəyi”, “hegemonluğa qarşı çıxacağı” vurğulanıb.