İƏT İsveçdə Quran yandırıldıqdan sonra növbədənkənar iclas keçirəcək
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı fövqəladə toplantı keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə İƏT-dən açıqlama verilib.
Açıqlamada müddətli sədr Səudiyyə Ərəbistanının tələbi ilə İƏT Açıq İştirak Fövqəladə İcraiyyə Komitəsinin gələn həftə Ciddədəki qərargahında toplanacağı bildirilib.
İclasda Qurban bayramının ilk günündə İsveçdə Quranın yandırılmasının müzakirə ediləcəyi, ortaq münasibət nümayiş etdirilməsinin hədəfləndiyi bildirilib.
Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs dünən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net