Menyu

Meksikada günvurma 112 nəfərin həyatına son qoyub

Nərmin Qocamanlı
Meksikada günvurma 112 nəfərin həyatına son qoyub

Meksikada son həftələrdə təsirli olan istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, xüsusilə ölkənin şimal-qərbi və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.

Ən çox itki verən ştatlardan biri olan Nuevo Leon ştatında 64, Tamaulipasda 19, Verakruzda 15 və Tabaskoda 14 nəfər həlak olub.

Səhiyyə Nazirliyinin açıqlamasında dünyasını dəyişənlərin yaş həddi 45-64 arasında olduğu, 112 nəfərdən 104-nün gün vurma nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Teqlər:

"Meksikada günvurma 112 nəfərin həyatına son qoyub"

Əlaqəli Xəbərlər