Menyu

Makron bu gün qərargah iclası keçirəcək

Redaksiya
Makron bu gün qərargah iclası keçirəcək

Fransa prezidenti Emmanuel Makron bu gün böhran qərargahının iclasını keçirəcək.

"Operativ Media" Yelisey Sarayına istinadən xəbər verir ki, Sessiyanın saat 13.00-da başlaması planlaşdırılır.  

Qeyd edək ki, qərargah 17 yaşlı gəncin polis tərəfindən öldürülməsi ilə əlaqədar ölkəni bürümüş kütləvi iğtişaşlarla əlaqədar yaradılıb.

Nə baş verib?

Çərşənbə axşamı səhər saatlarında polislər Nanteri yolunu yoxlayarkən 17 yaşlı oğlanı güllələyiblər. Bunun nəticəsində bir sıra şəhərlərdə bir neçə gündür davam edən iğtişaşlar başlayıb. Gənclər maşınları, hökumət binalarını yandırır. Bir sıra şəhərlərdə xüsusi polis bölmələri fəaliyyət göstərir, zirehli texnika və helikopterlər yerləşdirilib. 400-dən çox şəxs saxlanılıb.

Teqlər:

"Makron bu gün qərargah iclası keçirəcək"

Əlaqəli Xəbərlər