İngiltərə vətəndaşlarına Türkiyəyə səyahətlə bağlı xəbərdarlıq edib
İngiltərə Xarici İşlər Nazirliyi vətəndaşları üçün hazırladığı bələdçi proqramı ilə Türkiyəyə gedən turistlərə xəbərdarlıq edib.
"Operativ Media" xəbər verir ki, nazirliyin ingilislərə bələdçi olaraq hazırladığı mətndə ingilis turistlərin Türkiyədə diqqətli olması lazım olduğu bildirilib.
Bir milyondan çox britaniyalının Türkiyəyə tətilə gələcəyi proqnozlaşdırılan açıqlamada Suriya sərhədinə 10 kilometr yaxınlığa qədər, eləcə də Şırnak və Hakkari şəhərlərinə getməmək tövsiyə edilib.
Heç bir səfərin təhlükəsiz olacağına zəmanət verilməyən açıqlamada qeyd edilib: "Türkiyəyə gedəcək şəxslər də müvafiq səyahət sığortası etdirməlidirlər".
Britaniya rəsmiləri də yerli mediaya açıqlamalar veriblər. Rəsmilər The Independent-ə bildirib: “Britaniya vətəndaşlarının təhlükəsizliyi bizim əsas qayğımızdır. Biz müntəzəm olaraq hər bir ölkə və region üçün səyahət məsləhətlərini nəzərdən keçiririk".
Səyahətlə bağlı məsləhət məkanında terrorla bağlı dəyişikliklərə diqqət çəkilir, terror təhlükəsinin müxtəlif qruplardan gələ biləcəyi qeyd edilib.
Bu xəbərdarlıqların tövsiyə xarakterli olduğu vurğulanıb.
Teqlər:
"İngiltərə vətəndaşlarına Türkiyəyə səyahətlə bağlı xəbərdarlıq edib"