Hindistanda həddindən artıq istilər 150 nəfərin həyatına son verib
Dünyanın ən sıx məskunlaşılan və son illərdə qlobal istiləşmə səbəbiylə isti dalğalarının daha çox ölümcül hala gəldiyi Hindistanda iyun ayında həddindən artıq istilər səbəbindən 150-dən çox insan həyatını itirib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər ötən əsrdə ölkə üzrə təxminən 11 000 insanın istilər səbəbindən öldüyünü bildirsələr də, bu rəqəmin daha çox ola biləcəyi ilə bağlı fikirlər də səsləndirilir.
İqlim üzrə ekspertlərin fikrincə, qlobal istiləşmə Hindistan kimi Cənubi Asiya ölkələrində ölənlərin sayı ilə nəticələnən istilik dalğaları ehtimalını 30 dəfəyə qədər artırır.
Teqlər:
"Hindistanda həddindən artıq istilər 150 nəfərin həyatına son verib "