Menyu

Putin və Modi Rusiya və Hindistan arasında tərəfdaşlığı gücləndirmək barədə razılığa gəlib

Putin və Modi Rusiya və Hindistan arasında tərəfdaşlığı gücləndirmək barədə razılığa gəlib

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı olub. Tərəflər Moskva və Yeni Dehlinin strateji tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini təkrarlayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

"Söhbət mənalı və konstruktiv xarakter daşıyırdı. Liderlər Rusiya və Hindistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə qarşılıqlı sadiqliklərini bir daha bəyan etdilər və ünsiyyəti davam etdirmək barədə razılığa gəldilər", - deyə məlumatda bildirilir.

Onlar ikitərəfli əməkdaşlığı müzakirə edib, müxtəlif sahələrdə birgə layihələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər. 

Telefon danışığı Hindistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Teqlər:

"Putin Modi Rusiya Hindistan arasında tərəfdaşlığı gücləndirmək barədə razılığa gəlib"

Əlaqəli Xəbərlər