Çin dövlətinin 3 trilyon dollarlıq "gizli ehtiyat"a malik olduğu barədə iddialar yayılıb
Çinin valyuta ehtiyatları əslində 3 deyil, 6 trilyon dollara yaxındır və bunun təxminən 3 trilyon dolları müxtəlif qurumların balanslarında “gizlidir”.
"Operativ Media" xəbər verir ki, bunu Co Bayden administrasiyasının keçmiş ticarət müşaviri Brad Setser yazıb.
Çin Xalq Bankının (PBOC) rəsmi ehtiyat aktivinin 3,1 trilyon dollar olduğunu, lakin 3 trilyon dollara yaxın ehtiyatın dövlət kommersiya banklarının aktivləri arasında olduğunu iddia edən Setser bu hissəni “kölgə ehtiyatı” adlandırıb.
Nyu-Yorkda yerləşən “Çin Layihəsi” adlı xəbər platformasında dərc olunan hesabata Setser, bu gizli ehtiyatın qlobal iqtisadiyyat üçün yeni bir risk yaratdığını bildirib.
Çinin rəsmi valyuta idarəsi Bloomberg-in məsələ ilə bağlı sualına isə cavab verməyib.
Teqlər:
"Çin dövlətinin 3 trilyon dollarlıq \"gizli ehtiyat\"a malik olduğu barədə iddialar yayılıb"