Lukaşenko: "Belarus qonşularına “qonşuluq və sülh planını” təklif etməyə hazırdır"
"Minsk qonşu dövlətlərə “sülh və mehriban qonşuluq planını” təklif etməyə hazırdır".
"Operativ Media" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Hökumətimiz, Xarici İşlər Nazirliyi onlara mehriban qonşuluq və sülh planı təklif etməlidir. Bir daha deyirəm, biz sizə sülh əlimizi uzadırıq. Bu, ona görə deyil ki, sizdən qorxuruq”, - Lukaşenko Belarusun Müstəqillik Gününə həsr olunmuş xüsusi iclasda deyib.
Belarus lideri əmin şəkildə deyib ki, hətta müxtəlif milli maraqlara və ənənələrə malik olsa da, Şərqi və Qərbi Avropa ölkələri birlikdə inkişaf edə bilər və inkişaf etməlidir.
Teqlər:
"Lukaşenko: \"Belarus qonşularına “qonşuluq və sülh planını” təklif etməyə hazırdır\""