Moldova baş naziri: "Kişinyov hava limanında iki nəfər ölüb, bir nəfər yaralanıb"
Tacikistan vətəndaşının respublikaya girişinə icazə verilmədikdən sonra Kişinyov hava limanında atışma baş verib. Hadisə nəticəsində iki Moldova hüquq-mühafizə orqanı əməkdaşı ölüb, bir nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bunu Moldovanın baş naziri Dorin Recean bildirib.
"Deportasiya üçün gözləmə zalına aparılarkən o, gömrük polisi əməkdaşını və hava limanının təhlükəsizlik əməkdaşını güllələyib. Daha bir nəfər - sərnişin yaralanıb və hazırda həkim nəzarətindədir", - Recean sosial şəbəkədə qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma