"Fransada 17 yaşlı Nael M.-nin yol nəzarəti zamanı polis gülləsi ilə öldürülməsindən sonra başlayan nümayişləri "narahatlıqla" izləyirik".
"Operativ Media" xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit deyib.
Fransa prezidenti Emmanuel Makronun yaşanan hadisələrə görə Almaniyaya səfərini ləğv edib-etməməsi ilə bağlı suala Hebestreit belə cavab verib: “Hazırda bununla bağlı heç bir məlumatım yoxdur”.
Qeyd edək ki, iyulun 2-4-də həyat yoldaşı ilə Berlinə “dövlət səfəri” edəcəyi açıqlanan Makronun bu səfər çərçivəsində Almaniya prezidenti Frank-Valter Ştaynmayer və baş nazir Olaf Şoltsla görüşəcəyi bildirilmişdi.