Keniyada yük maşını yoldan çıxan bir neçə avtomobilə çırpılıb, azı 48 nəfər ölüb
Nərmin Qocamanlı
Şərqi Afrika ölkəsi Keniyada zəncirvari yol qəzası baş verib. Yük maşınının yoldan çıxaraq bir neçə avtomobilə çırpılması nəticəsində azı 48 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, Keniyanın qərbindəki Londiani bölgəsində yoldan çıxan yük maşını bir çox avtomobilə çırpılaraq dayanıb.
İlkin məlumata görə, qəza nəticəsində azı 48 nəfər ölüb.
Qəza nəticəsində 6-dan çox avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə çox sayda təcili tibbi yardım qrupu göndərilib.
Keniya Qırmızı Xaç Cəmiyyəti 20-dən çox yaralının xəstəxanalara aparıldığını açıqlayıb.
Teqlər:
"Keniyada yük maşını yoldan çıxan bir neçə avtomobilə çırpılıb azı 48 nəfər ölüb"