İsraildə hökumətin məhkəmə islahatlarına qarşı etirazlar davam edir
Təl-Əvivin mərkəzinə toplaşan minlərlə israillinin hökumətin məhkəmə tənzimləmə planına etiraz etdiyi bildirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti xəbər yayıb.
Xəbərə görə, İsrail polisi Təl-Əvivdə 2 nümayişçini təxribat ittihamı ilə saxlayıb, Təl-Əvivdəki nümayişdə müxalifət lideri, keçmiş baş nazir Yair Lapidin də iştirak etdiyi bildirilib.
Xəbərdə ölkənin bir çox bölgələrində hökumətin məhkəmə islahatları təşəbbüsünə qarşı nümayişlərin keçirildiyi və polisin ehtiyat tədbiri olaraq bəzi yolları bağladığı vurğulanıb.
Qeyd edək ki, yanvarın 5-də İsrailin ədliyyə naziri Yariv Levin tərəfindən elan edilən məhkəmə islahatına Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakim təyinatlarında söz sahibi olmaq kimi dəyişikliklər daxildir.
Martın 27-də isə Netanyahu ölkə daxilində kütləvi etirazların və tətillərin artmasına səbəb olan məhkəmə islahatını təxirə saldığını açıqlayıb.
Bununla belə, Baş nazir Netanyahu 2023-2024-cü illər büdcəsinin Parlamentdə qəbulundan sonra məhkəmə tənzimləməsini yenidən müzakirəyə çıxaracaqlarını açıqlayıb.
Teqlər:
"İsraildə hökumətin məhkəmə islahatlarına qarşı etirazlar davam edir"