Alman diplomat: 21-ci əsrdə mərkəzi münaqişə ABŞ və Çin arasında olacaq
"21-ci əsrdə mərkəzi münaqişə ABŞ və Çin arasında olacaq".
"Operativ Media" xəbər verir ki, bunu Almaniyanın Rusiyadakı gələcək səfiri Aleksandr Lambsdorff "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.
"Biz almanlar üçün aydın olmalıdır ki, qlobal miqyasda kiçik oyunçu deyilik, ancaq eyni zamanda super güc də deyilik. 21-ci əsrin mərkəzi münaqişəsi ABŞ və Çin arasında baş verəcək. Hansı tərəfdə olacağımızı bilməliyik”, - deyə diplomat bildirib.
"Biz avropalı olaraq möhkəmlənməli və demokratik tərəfdaşımızın tərəfini tutmalıyıq. Azadlığın qorunması liberal dəyər kimi mənim üçün böyük əhəmiyyət kəsb edir. Biz hazırkı hərbi vəziyyətdə Trans-Atlantik əməkdaşlığın nə qədər vacib olduğunu görürük", - o, qeyd edib.
Lambsdorff Almaniyanın bəzi kritik sahələrdə Çindən qismən asılı olduğunu da etiraf edib: "Bu, xammal və ilkin məhsulların tədarükünə və müəyyən şirkətlərin məhsullarının satışına aiddir".
Diplomat əlavə edib ki, heç kim alman şirkətlərini Çindəki bizneslərini dayandırmağa məcbur etməyəcək, lakin onlar bilməlidirlər ki, ABŞ və Çin arasında böyük münaqişə baş verərsə, Çin bazarı onlar üçün bağlana və onların mövcudluğu təhlükə altına düşə bilər.
Teqlər:
"Alman diplomat: 21-ci əsrdə mərkəzi münaqişə ABŞ və Çin arasında olacaq"