İranın Şimal Donanmasına "Damavand" esminesi təhvil veriləcək
İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanması yaxın vaxtlarda “Dəmavənd” esminesini qəbul edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Məlumata görə, "Destroyer Damavand" ümumİran gəmisi hesab edilir, ikinci "Moudge" sinifli döyüş gəmisidir və 2014-cü ildə Ordunun Şimal Donanmasının bir hissəsinə çevrilmiş "Camaran" esminesinin təkmilləşdirilmiş növüdür.
Gəmi helikopterlər, gəmi əleyhinə və yer-hava tipli raketlər, torpedalar, qabaqcıl toplar və zenit silahları daşımaq qabiliyyətinə malikdir. Gəmi həmçinin elektron döyüş avadanlığı ilə təchiz olunub.
Teqlər:
"İranın Şimal Donanmasına \"Damavand\" esminesi təhvil veriləcək"