Menyu

ARAŞDIRMA: Dünyada 12500-dən çox nüvə başlığı var

ARAŞDIRMA: Dünyada 12500-dən çox nüvə başlığı var

Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) 55-ci ildönümünü qeyd etdiyi bir vaxtda, nüvə silahları ilə bağlı fikir ayrılıqları hələ də davam edir. Ötən il bu sahəyə qoyulan investisiyalar 82 milyard dolları ötüb.

"Operativ Media" xəbər verir ki, ölkələrin nüvə silahlanma yarışının qarşısını almaq məqsədi ilə 1 iyul 1968-ci ildə qəbul edilən NPT 1970-ci ildə rəsmi şəkildə qüvvəyə minib. Müqavilə 1995-ci ildə qeyri-müəyyən müddətə uzadılıb.

Hazırda ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə silahına malik ölkələr sırasındadır.

Bu ölkələr arasında nüvə silahlarının sayına görə Rusiya, ABŞ və Çin dominant güc kimi görünür.

“Statista” tədqiqat şirkətinin məlumatına görə, dünyada 12500-dən çox nüvə başlığı var. Rusiya 5889 nüvə başlığı ilə dünyada liderlik edir.

Rusiyadan sonra 5244 döyüş başlığı ilə ABŞ və 410 nüvə başlığı ilə Çin gəlir. Hesablamalara görə, Fransanın 290, İngiltərənin 225, Pakistanın 170, Hindistanın 164, İsrailin 90, Şimali Koreyanın isə 20 nüvə başlığı var.

Teqlər:

"ARAŞDIRMA: Dünyada 12500-dən çox nüvə başlığı var"

Əlaqəli Xəbərlər