Türkiyə Neft Şirkətinin (TPAO) İstanbul, Tekirdağ və Adanada 87 min 985 hektar ərazini əhatə edən neft kəşfiyyatı lisenziyalarının müddəti uzadılıb.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsinin bununla bağlı qərarı Rəsmi Qəzetdə dərc olunub.
Müvafiq olaraq, TPAO-nun Adanada 60,374 hektar ərazini əhatə edən lisenziyasının müddəti 11 may 2023-cü ildən 11 may 2025-ci ilədək, İstanbul və Tekirdağ vilayətlərində isə 27,611 hektar sahəni əhatə edən lisenziyanın müddəti 26 may 2023-cü il tarixindən 26 may 2025-ci il tarixinə qədər uzadılması qərara alınıb.
Teqlər:
"TPAO daha iki il neft axtarışlarına davam edəcək"