Dünyanın ən qədim milli qəzeti fəaliyyətini dayandırıb
Dünyanın ən qədim milli qəzeti yarandığı gündən təxminən 320 il sonra son gündəlik sayını çap edib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, Vyana mərkəzli gündəlik "Wiener Zeitung" qanunda edilən son dəyişiklikdən sonra gündəlik nəşrləri çap etməyəcək.
Aprel ayında Avstriya hökuməti tərəfindən qəbul edilən qanun şirkətlərin çap nəşrlərindəki reklamlara görə ödəniş etmələri ilə bağlı qanuni tələbi aradan qaldırıb və "Wiener Zeitung"un rəsmi xəbər bülleteni statusuna son qoyub.
Der Spiegel, dəyişikliyin ona 18 milyon avroya başa gəldiyini və redaksiya heyətinin 55-dən 20-yə endirilməsi də daxil olmaqla, 63 iş yerini ixtisar etməyə məcbur olduğunu bildirib.
Qəzet onlayn fəaliyyət göstərməyə və aylıq çap nəşrini dərc etməyə davam etməyə ümid edir, lakin bu barədə hələlik yekun qərar yoxdur.
Avstriya hökumətinə məxsus olan, lakin redaksiya baxımından müstəqil olan qəzet 1703-cü ilin avqustunda nəşr olunmağa başlayıb və bu dövrdə 12 prezident, 10 imperator və 2 respublika dəyişikliyinə şahid olub.
Teqlər:
"Dünyanın ən qədim milli qəzeti fəaliyyətini dayandırıb"