Menyu

Almaniya Fransanın sabitliyini təhlükə altında görür

Almaniya Fransanın sabitliyini təhlükə altında görür

"Gənclərin məqsədsiz şəkildə hər şeyə və hər kəsə qarşı yönəlmiş bu sərhədsiz dağıdıcılığı dəhşətli bir eskalasiyadır. Dövlət bu mövzuda bütün gücü ilə hərəkət etməlidir. Çox insanın həyatı və ölkənin sabitliyi təhlükə altındadır”.

"Operativ Media" xəbər verir ki, bunu Almaniyanın "Bild am Sonntag" qəzetinə verdiyi açıqlamada Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot deyib.
 
"Buna heç vaxt dözmək olmaz. Çox gec olmadan bir-birimizlə daha çox danışmalı və birlikdə həll yolu axtarmalıyıq", - alman diplomat qeyd edib.

Xristian Demokrat Partiyasının (CDU) sədr müavini Andreas Yunq da zorakılığın baş verməsinin səbəbini sosial bölünmədə gördüyünü bildirib: "İqtisadi inkişafın yaxşı olmasına baxmayaraq, Fransa dərində bölünmüş bir ölkədir. Bir çox gənc fransız özlərini geridə qalmış hiss edir və bundan qorxurlar".

Yunq bildirib ki, ümidsizlik və inteqrasiya problemləri şəhərətrafı qəsəbələrdə böyük təlatümlərə səbəb olur və hər tərəfdən ekstremistlər aksiyalara qoşularaq onu gücləndirirlər.

Teqlər:

"Almaniya Fransanın sabitliyini təhlükə altında görür"

Əlaqəli Xəbərlər