Menyu

Norveçli siyasətçi eynək oğurladığına görə saxlanılıb

Norveçli siyasətçi eynək oğurladığına görə saxlanılıb

Norveç Qızıl (Qırmızı) Partiyasının rəhbəri Byornar Moxnes Oslo hava limanında bahalı gün eynəyi oğurladığı üçün saxlanılıb.

"Operativ Media" "USA Today"ə istinadən xəbər verir ki, Moxnes 2 həftə əvvəl baş verən hadisədə pulunu ödəmədiyi bahalı eynəklə Oslo hava limanında mağazadan çıxdığı bəlli olduqdan sonra oğurluq etdiyi üçün Gardermoen şəhərində saxlanılıb.

Norveçli siyasətçi eynəyi “təsadüfən” götürdüyünü iddia etsə də, polis Moxnesi oğurluğa görə 3000 Norveç kronu cərimələyib.

Moxnes mövzu ilə bağlı "Facebook" hesabında eynəyin özünün olduğunu düşündüyünü və bu səbəblə çamadanına qoyduğunu bildirib.

Moxnes ictimaiyyətin bəzi dairələrinin hadisəyə həddindən artıq reaksiya verdiyini, polisin öz işini gördüyünü düşündüyünü, lakin bunun utancverici bir təcrübə olduğunu bildirib.

Norveçli siyasətçi qeyd edib ki, onun heç bir bəhanəsi yoxdur və vəziyyətin nəticələri ilə barışmaq məcburiyyətindədir.

Teqlər:

"Norveçli siyasətçi eynək oğurladığına görə saxlanılıb"

Əlaqəli Xəbərlər