Avropada xaos böyüyür: Fransadakı etirazlar Belçikadan sonra İsveçrəyə sıçrayıb
İyunun 27-də Fransada polisin açdığı atəş nəticəsində 17 yaşlı Nael M.-in ölümündən sonra başlayan və davam edən etirazlar Belçikadan sonra İsveçrəyə də sirayət edib.
"Operativ Media" xəbər verir ki, İsveçrə mətbuatında yer alan məlumata görə, etirazlar ötən gecə İsveçrənin Lozanna şəhərinə də keçib.
Fransadakı nümayişlərə dəstək üçün 100 gəncin toplaşdığı Lozannada baş verən hadisələrdə 7 nəfər saxlanılıb. Saxlanılanların 15-24 yaş arasında olduğu bildirilir.
Polisin verdiyi məlumata görə, nümayişçilər Flon və Cenevrə küçələrində vitrinləri və kitab mağazaları şəbəkəsinin giriş qapısını sındırıblar.
Hadisələrə müdaxilə etmək üçün 50-yə yaxın bələdiyyə polisi cəlb edilərkən, maskalı gənclər polisə daş və molotof kokteyli atıblar.
Nael M.-in polis gülləsi ilə öldürülməsindən sonra başlayan və bütün Fransaya yayılan etirazlar üçüncü günündə Belçikaya da yayılıb və ölkədə 144 nəfər saxlanılıb.
Teqlər:
"Avropada xaos böyüyür: Fransadakı etirazlar Belçikadan sonra İsveçrəyə sıçrayıb"