Fransada etirazlar zamanı 871 ictimai yer yandırılıb, "Sarı jiletlilər" də üsyana qoşulub

admin
Fransada etirazlar zamanı 871 ictimai yer yandırılıb, "Sarı jiletlilər" də üsyana qoşulub

Fransada polisin bir yeniyetməni öldürməsindən sonra başlayan etirazların beşinci gecəsində ictimai yerlərdə 871 nöqtə, 577 avtomobil yandırılıb, 74 binaya ziyan dəyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinə istinadən BFMTV kanalı məlumat yayıb.

Paris polis rəisi Laurent Nunez nümayişlərdə sarı jiletlilərin də göründüyünü, hələlik fövqəladə vəziyyətə ehtiyac olmadığını bildirib.

Digər tərəfdən Fransa daxili işlər naziri Gerald Darmanin tvitter hesabından verdiyi açıqlamada gecə saatlarında evi yandırılan avtomobilin hədəfində olan bələdiyyə sədri Jeanbrun və ailəsinə dəstəyini ifadə edib.

"Bu hadisələrin səbəbkarları öz iyrənc əməllərinin hesabını verəcəklər", - Darmanin bildirib.

Digər xəbərlər