Menyu

Türkiyədə qohumlar arasında davada 3-ü polis 6 nəfər yaralanıb

Türkiyədə qohumlar arasında davada 3-ü polis 6 nəfər yaralanıb

Bursanın İnegöl rayonunda qohumlar arasında çıxan davada 3-ü polis olmaqla 6 nəfər yaralanıb.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər veerir ki, İnegöl məhəlləsi Gümüş Sokak Məsudiyyə küçəsində meydana gələn hadisədə qohumlar arasında çıxan mübahisə davaya çevrilib.

Hadisə yerinə çox sayda polis qrupları sövq edilərkən, davanı dağıtmağa çalışan polis qruplarına da hücum edilib. Nəticədə 3 polis əməkdaşı müxtəlif xəsarətlər alıb. 

Yaralılar 112 Təcili Xidmət qrupları tərəfindən İnegöl Dövlət Xəstəxanasına aparılıb.

Xəsarət alan 3 polisə xəstəxanada ambulator yardım göstərilib.

Müalicələri başa çatan 3 nəfər ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

Teqlər:

"Türkiyədə qohumlar arasında davada 3-ü polis 6 nəfər yaralanıb"

Əlaqəli Xəbərlər