Menyu

İƏT Qurani-Kərimə və Peyğəmbərə hörmətsizlik edilməsinə qarşı tədbir görməyə çağırıb

İƏT Qurani-Kərimə və Peyğəmbərə hörmətsizlik edilməsinə qarşı tədbir görməyə çağırıb
1 dəq oxu

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Quranın və Məhəmməd peyğəmbərin dəfələrlə təhqir olunmasına qarşı “kollektiv tədbirlər” görməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək fövqəladə toplantısından əvvəl baş katib Hüseyn İbrahim Taha mövzu ilə bağlı yazılı açıqlama verib:

"Qurani-Kərimə və Peyğəmbərə hörmətsizlik və təhqir adi islamofob hadisələr deyil. Biz dini nifrətin qarşısını almaq üçün beynəlxalq hüququn tətbiqinin vacibliyini vurğulayırıq". 

Taha üzv ölkələri Qurani-Kərimə və Peyğəmbərə qarşı hörmətsizlik və təhqirlərə qarşı durmaq üçün həmrəy olmağa dəvət edib.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs iyunun 28-də, Qurban bayramının ilk günündə Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Əlaqəli Xəbərlər