Fransada polis tərəfindən öldürülən yeniyetmə üçün təşkil edilən etiraz aksiyaları səbəbilə bu gün axşam saatlarından səhərə kimi Paris və onun ətrafındakı bir çox şəhərlərdə polisə pilotsuz uçuş aparatlarından istifadə etməyə icazə verilib.
"Operativ Media" xəbər verir ki, Paris Polis Departamentindən verilən açıqlamaya görə, nümayişlər çərçivəsində Parisdə, Sen-Saint-Deni əyalətinin bütün bölgələrində və Hauts-de-Seine'nin bəzi şəhərlərində polisə pilotsuz uçuş aparatlarından istifadə etməyə icazə verilib.
Sen-Saint-Denis və Hauts-de-Seine Parisin qonşu əyalətləridir.
Le Parisien qəzeti bu axşam Paris və ətraf ərazilərdə 7 min polisin növbədə olacağını bildirib.