Menyu

Belarusun Haaqadakı səfirliyinə naməlum şəxslər tərəfindən hücum edilib

Belarusun Haaqadakı səfirliyinə naməlum şəxslər tərəfindən hücum edilib
1 dəq oxu

Belarusun Haaqadakı səfirliyi bazar günü naməlum şəxslər tərəfindən hücuma məruz qalıb

"Operativ Media" xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. 

"Hadisə iyulun 2-də səhər saatlarında baş verib", - deyə səfirlik hücumçuların pəncərələri sındıraraq fasada zərər verdiyini bildirib.

"Hücum edənlər Hollandiya polisi tərəfindən saxlanılıb", - məlumatda qeyd edilib.

Hollandiya televiziyasının məlumatına görə, hücumçular səfirliyin binasına daş atıb, bir neçə pəncərəni sındırıb və onun divarlarına müxtəlif şüarlar yazıblar, o cümlədən Belarus prezidenti Aleksandr Lukaşenkonu terrorda ittiham ediblər.

Əlaqəli Xəbərlər