http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Biləsuvarda Polis Günü qeyd edilib (FOTO)

02 İyul 2023 , 19:12
Biləsuvarda Polis Günü qeyd edilib (FOTO)

Biləsuvarda Azərbaycan Polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir təşkil olunub. 

"Operativ Media" xəbər verir ki, əvvəlcə əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov və Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov, rayondakı hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Daha sonra Biləsuvar rayonunun Bəydili kəndində yeni tikilmiş Rayon Polis Şöbəsinin 4 saylı inzibati sahəsinin polis sahə məntəqəsinin açılışı olub. 

Çıxış edən icra başçısı F.Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov və  şöbə rəisi, polis polkovniki N.Məmmədov polis əməkdaşlarını təbrik ediblər, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. 

Azərbaycan Polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyi bildirilib, ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısı xüsusilə vurğulanıb. 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanlanmış təbrik məktubu oxunub. 

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu