Menyu

İsrail ABŞ-dən 25 ədəd F-35 qırıcısı alacaq

İsrail ABŞ-dən 25 ədəd F-35 qırıcısı alacaq

İsrail Müdafiə Nazirliyi ABŞ-lə 25 ədəd "F-35 Lightning II" döyüş təyyarəsinin alınması üçün müqavilə imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, İsrailin 3 milyard dollarlıq müqavilə ilə üçüncü F-35 döyüş təyyarələrinin alınmasına razılıq verdiyi bildirilib.

Açıqlamada təyyarələrin İsrailin ABŞ-dən aldığı müdafiə yardım paketi ilə maliyyələşdiriləcəyi və son sifarişlə İsrail Hərbi Hava Qüvvələrinin inventarındakı F-35-lərin sayının 75-ə yüksələcəyi qeyd edilib.

Xatırladaq ki, keçmiş prezident Barak Obamanın dövründə ABŞ 2017-2028-ci illər arasında Təl-Əvivə 38 milyard dollar dəyərində qrant ayırıb.

Teqlər:

"İsrail ABŞ-dən 25 ədəd F-35 qırıcısı alacaq"

Əlaqəli Xəbərlər