Fransanın cənub-şərqində yerləşən Qrenobl şəhərində kütləvi iğtişaşların iştirakçıları ilə bağlı ilk hökmlər elan edilib. Belə ki, üç nəfər 3 aydan 4 aya qədər həbs cəzasına məhkum edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə "France info" radiosu məlumat yayıb.
“France info”nun məlumatına görə, hər üç şəxs iğtişaşlar zamanı qarət ittihamı ilə cəzalandırılıb. Sözügedən şəhərdə daha 30 nəfərin mühakimə olunacağı da bildirilib. Onların çoxu qarətlə məşğul olduqlarına görə saxlanılıblar.
Qeyd edək ki, Fransa polisi "saxla" əmrinə tabe olmayan əlacəzayirli gənci silahla vuraraq öldürüb. Məhz bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.