Menyu

Bayden Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək

Bayden Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək
1 dəq oxu

ABŞ prezidenti Co Baydenin Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcəyi bildirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre yazılı açıqlama verib. 

"Prezident Baydenin 9-13 iyul tarixlərində Böyük Britaniya, Litva və Finlandiyaya səfəri planlaşdırılır", - deyə diplomat qeyd edib.

Baydenin Londonda ilk görüşünü "iki ölkə arasındakı yaxın münasibətləri daha da gücləndirmək üçün" Kral III Çarlz və baş nazir Rişi Sunakla keçirəcəyi, daha sonra NATO-nun 74-cü Sammitində iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsə gedəcəyi bildirilib.

Açıqlamada ABŞ prezidentinin iyulun 13-də keçiriləcək ABŞ-Skandinaviya Liderləri Sammitində iştirak etmək üçün Finlandiyanın Helsinki şəhərinə səfər edəcəyi də vurğulanıb.

Əlaqəli Xəbərlər