ABŞ-ın İllinoys ştatında leysan daşqınlara səbəb olub.
"Operativ Media" xəbər veri ki, bəzi ərazilərə dolu düşüb. Daşqın səbəbindən ştatın paytaxtı Çikaqoda keçirilən Xfiniti sürət yarışı təxirə salınıb. Həmçinin dəmiryolu və aviareyslər ləğv edilib. Magistral yollarda hərəkət məhdudlaşdırılıb. Paytaxtda onlarla avtomobil suya qərq olub, sürücülər saatlarla kömək gözləyib. Hidrometeoroloji stansiya sərt hava şəraitinin daha da şiddətlənəcəyi barədə xəbərdarlıq edib.