Pakistanın ən böyük şəhəri olan Kəraçidə İsveç əleyhinə etiraz aksiyası keçirilib.
"Operativ Media" xəbər verir ki, nümayişçilər İsveç bayrağını yandırıb, ifadə azadlığı adı altında İsveç polisinin çirkin hərəkətlərə göz yummasını qınayıblar. Etirazçılar Pakistandakı İsveç səfirinin ölkədən qovulmasını tələb ediblər. Onlar həmçinin İsveçdə fəaliyyət göstərən diplomatların geri çağırılmasını istəyirlər. Aksiya zamanı insident baş verməyib.