Rusiya təhlükəsizlik şurası bəzi avropa ölkələri ilə diplomatik münasibətləri dayandırmağa çağırıb
Rusiya Finlandiya, Polşa, Baltikyanı ölkələr və Böyük Britaniya ilə diplomatik əlaqələri müvəqqəti dayandıra bilər.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. “Yaxşı olar ki, diplomatik münasibətlər müvəqqəti olaraq tamamilə dayandırılsın və ya heç olmasa aşağı səviyyədə olsun”, - deyə Medvedev qeyd edib. O, Ukraynadakı vəziyyət regional münaqişə deyil, Qərblə dünyanın qalan hissəsi arasında total qarşıdurma adlandırıb. "Qərblə digər ölkələr arasında mövcud qarşıdurma üçüncü dünya müharibəsi astanasına gətirib çıxarıb. Üçüncü dünya müharibəsində qaliblər olmayacaq - Yer kürəsinə nüvə qışı, epidemiyalar və aclıq gələcək" – deyə Medvedev xəbərdarlıq edib. O, həmçinin bildirib ki, taxıl sazişinə xitam verilməlidir.
Teqlər:
"Rusiya təhlükəsizlik şurası bəzi avropa ölkələri ilə diplomatik münasibətləri dayandırmağa çağırıb"