Menyu

Belarus MN: “Minsk NATO təyyarələrinin uçuşlarını intensivləşdirməsindən narahatdır”

Belarus MN: “Minsk NATO təyyarələrinin uçuşlarını intensivləşdirməsindən narahatdır”
1 dəq oxu

Minsk, NATO təyyarələrinin MDB ölkələrindən birinin sərhədləri yaxınlığında uçuşlarını intensivləşdirməsindən narahatdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi bəyanat yayıb. Nazirliyin bəyanatında Alyans aviasiyasının uçuşlarının, o cümlədən kəşfiyyat xarakterli uçuşların sayının artması “sağlam düşüncəyə zidd” hərəkət kimi qiymətləndirilib. Məlumatda qeyd edilir ki, uçuşların intensivliyi 3 dəfədən çox artıb. “Son vaxtlar ayda belə uçuşların sayı 20-dən 70-ə qalxıb və hazırda Belarusun dövlət sərhədi yaxınlığında hava məkanında gündə azı 30 təyyarə aşkar edilir” - deyə məlumatda vurğulanır.

Əlaqəli Xəbərlər