Çinli diplomat ABŞ-ni Yaponiya və Cənubi Koreya ilə gərginliyi artırmaqda ittiham edib
Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi ABŞ-ni Yaponiya ilə Cənubi Koreya və Çin arasında gərginliyi artırmaqda ittiham edib və bu iki ölkəyə Vaşinqtonla münasibətləri barədə xəbərdarlıq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Vanq Çin, Yaponiya və Cənubi Koreya arasında Qingdao şəhərində keçirilən üçtərəfli forumda çıxış edib.
O, tərəflərə, "Üç ölkə arasında hər şeyə yenidən başlamağın vaxtıdır", deyib.
"Asiya bizim ümumi vətənimizdir, biz qonşuyuq və heç yerə getmirik. Bölgə xaricindəki mühüm güc üç qonşu arasında gərginlik və qarşıdurma yaymağa çalışır", - deyərək Vanq ABŞ-yə işarə edib.
Teqlər:
"Çinli diplomat ABŞ-ni Yaponiya və Cənubi Koreya ilə gərginliyi artırmaqda ittiham edib"