Menyu

Böyük Britaniya tarixində ən isti iyun ayını yaşayır

Böyük Britaniya tarixində ən isti iyun ayını yaşayır

İngiltərədə orta aylıq temperaturun 15,8 dərəcə Selsiyə qalxması ilə iyun ayı 1884-cü ildən bəri "ən isti iyun" olaraq tarixə düşüb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, keçən ay İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada ən isti iyun ayı olub.

Böyük Britaniyanın bəzi ərazilərində iyun ayında havanın temperaturu orta səviyyədən 2,5 dərəcə yuxarı qalxıb.

"Met Office" alimləri müəyyən ediblər ki, iyun ayında əvvəlki rekord orta aylıq temperaturun 14,9 dərəcəni keçməsi ehtimalı qlobal istiləşmə səbəbindən ən azı iki dəfə artıb.

Met Office Baş Meteoroloqu Paul Davies mövzu ilə bağlı qiymətləndirməsində, insan fəaliyyətinin səbəb olduğu iqlim dəyişikliyinin rekord temperaturların yaşanma ehtimalını artırdığını da vurğulayıb.

Teqlər:

"Böyük Britaniya tarixində ən isti iyun ayını yaşayır"

Əlaqəli Xəbərlər