http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

NATO Rusiyaya qarşı hərbi planlar hazırlayıb

03 İyul 2023 , 20:58
NATO Rusiyaya qarşı hərbi planlar hazırlayıb

Rusiyanın Krımı qeyri-qanuni ilhaqından sonra başlayan və Ukraynaya hücumundan sonra sürətlənən uzunmüddətli müdafiə və çəkindirmə mövqeyi çərçivəsində NATO Vilnüsdə keçiriləcək sammitində liderlər tərəfindən təsdiqlənəcək “regional hərbi planlar” hazırlayıb. Həmçinin, Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqından sonra NATO 2018-ci ildə Rusiyanı və terror qruplaşmalarını təhlükə kimi qəbul edib və müdafiə planlarını dəyişib.

"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə NATO-nun yeni hərbi strategiyası yaradılıb və 2020-ci ildə Avro-Atlantik regionunun müdafiəsi üçün nələrin edilə biləcəyini əsas müzakirə mövzusuna çevrilib. 

2021-ci ildə demoqrafik və texnoloji dəyişikliklər kimi amillər nəzərə alınmaqla hərtərəfli döyüş konsepsiyası hazırlanıb.

Daha sonra NATO-nun regional planları yaradılıb. Ətraflı və hərtərəfli araşdırmalardan ibarət olan regional planlar yalnız NATO sərhədləri daxilindəki bölgələri əhatə edir. Bu gizli planlar üç bölgə üçün yaradılıb.

Bunlardan birincisi ABŞ-nin Norfolk şəhərindəki NATO Birgə Qüvvələr Komandanlığının rəhbərliyi altında Atlantik və Şimali Avropa regionu, ikincisi isə NATO-nun Hollandiyanın Brunsumdakı bazasının məsuliyyəti altında Baltikdən Alp dağlarına qədər uzanan Mərkəzi Avropa bölgəsidir. Üçüncü regiona isə İtaliyanın Neapol şəhərindəki NATO bazasının məsuliyyəti altında Aralıq dənizindən Qara dənizə qədər olan bölgə daxildir.

Planlar NATO qüvvələrinin bu bölgələrdə quruda, dənizdə, havada, kosmosda və kiberməkanda necə və nə vaxt yerləşdiriləcəyini və təhlükə yarandıqda necə hərəkət edəcəyini müəyyən edir.

Planlar çərçivəsində NATO maksimum 30 gün ərzində təxminən 300 000 əsgəri şərq cinahına köçürməyi hədəfləyir.

İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində NATO-nun regional planlarının qəbul edilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib

İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib

İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib

İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib

Rusiya və İran XİN başçıları görüşüb

Rusiya və İran XİN başçıları görüşüb

XƏBƏR LENTİ
  • 13:31

    İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
Menyu