Menyu

Türkiyə XİN İsraili qınayıb 

Türkiyə XİN İsraili qınayıb 

Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin nəzarətində olan İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərinə basqını şiddətlə pisləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb. 

Bəyanatda qeyd olunub:

"Bu gün İsrailin işğalı altında olan İordan çayının qərb sahilində İsrail qüvvələrinin Cenin şəhərində həyata keçirdiyi basqını şiddətlə qınayırıq.

Bölgədəki mövcud gərginliyin bu hücumlarla yeni bir zorakılıq hadisələrinə səbəb olacağından dərin narahatıq və İsrail hakimiyyətini sağlam düşüncə ilə hərəkət etməyə və bu cür hərəkətləri dayandırmağa çağırışımızı təkrar edirik.

Hadisələrdə həyatını itirən fələstinli qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyir, Fələstin dövlətinə və xalqına başsağlığı veririk".

Qeyd edək ki, bu gün İsrail qüvvələrinin nəzarətində olan İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində 8 fələstinli həlak olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər