Almaniya MN: "Ukraynanın NATO-ya üzvlüyünün şərtləri münaqişədən sonra müzakirə olunacaq"
"Ukraynanın NATO-ya daxil olması üçün ilkin şərtlər yalnız ölkədə silahlı münaqişə bitdikdən sonra müəyyən edilə bilər".
"Operativ Media" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Polşanın “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib.
"NATO-nun baş katibi Yens Stoltenberqlə son görüşlərim zamanı biz bir daha razılaşdıq ki, alyans heç bir halda Ukrayna münaqişəsinin tərəfi olmamalıdır. Bu səbəbdən Ukraynanın NATO-ya qəbulu ilə bağlı suala müharibə davam edərkən cavab verə bilmərik. Ukraynada müharibə gedir. Yalnız bundan sonra biz hamımız və Ukrayna onun alyansa qoşulması şərtləri barədə qərar verəcəyik", - Pistorius vurğulayıb.
Teqlər:
"Almaniya MN: \"Ukraynanın NATO-ya üzvlüyünün şərtləri münaqişədən sonra müzakirə olunacaq\""