Menyu

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyi və iki ölkə arasında bəzi müqavilələrin imzalanacağı açıqlanıb.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

Şimşək səfər zamanı iki ölkə arasında bəzi müqavilələrin imzalanacağını da bildirib.

Qeyd edək ki, bu günlərdə vitse-prezident Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər ediblər. Paytaxt Abu Dabidə keçirilən görüşdə iki ölkə arasında əlaqələr və iqtisadi əməkdaşlıq imkanları qiymətləndirilib.

Teqlər:

"Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək"

Əlaqəli Xəbərlər