Erməni karateçi beynəlxalq turnirdə Azərbaycan idmançısına qarşı təxribat törədib

admin
Erməni karateçi beynəlxalq turnirdə Azərbaycan idmançısına qarşı təxribat törədib

Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turnirində erməni təxribatı baş verib. İnsident "Samuray Karate" klubunun üzvü Alika Semixova ilə erməni rəqibi arasında keçirilən final görüşündə yaşanıb.

"Operativ Media" xəbər verir ki, idmançımız əsas vaxtda Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəlib. Bundan sonra məğlubiyyətini həzm edə bilməyən erməni idmançı Alikaya yaxınlaşıb. Alika rəqibinin görüşmək üçün ona yaxınlaşdığını zənn etsə də, erməni karateçi idmana və idmançıya yaraşmayan tərzdə davranaraq, Alikanın üzünə zərbə vurub. Bununla belə, idmançımız təmkinli davranıb və öz mədəniyyətini nümayiş etdirib. Erməni idmançı cəzalandırılıb. O, yarışdan kənarlaşdırılıb və qazandığı gümüş medaldan məhrum olub. Buna baxmayaraq onun kürsüyə çıxmasına şərait yaradılıb. Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran, Ermənistan, Şotlandiya, ABŞ və Özbəkistan karateçiləri mübarizə aparıblar.

Digər xəbərlər