Cənubi Koreyada ilk robot drijor performans göstərib.
"Operativ Media" xəbər verir ki, 1 metr 80 sm hündürlüyü olan EveR-6 robotu tamaşaçıların alqışını qazanıb. Humanoid 60-dan çox musiqiçini idarə etməyi bacarıb. Musiqili tədbirdə əsasən Koreya xalq mahnıları ifa olunub. Qeyd edək ki, EveR-6 real zamanda musiqi dinləmək və improvizasiyalar etmək bacarığına sahib deyil. O, yalnız insan drijorun hərəkətlərini təkrar edir. Koreya Sənaye Texnologiyaları İnstitutu robotu inkişaf etdirəcəklərini açıqlayıb.