Menyu

Zelenski Gürcüstan səfirinə Ukraynanı tərk etməsini tapşırıb

Zelenski Gürcüstan səfirinə Ukraynanı tərk etməsini tapşırıb

Volodimir Zelenski Gürcüstanın ölkədəki səfirinə 48 saat ərzində Ukraynanı tərk etməsini tapşırıb.

"Operativ Media" xəbər verir ki, Ukrayna lideri bu barədə Xarici İşlər Nazirliyinə göstəriş verib. Zelenski Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı məsələ barədə Tiflislə məsləhətləşmələr aparmaq üçün səfirə tapşırıq verib. Zelenski yenidən Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün ölkəsinə qaytarmağa çağırıb. Qeyd edək ki, həbsdə olan Mixeil Saakaşvili dünən özünün məhkəməsində onlayn formatda iştirak edib. Görüntülər onun səhhətinin acınacaqlı vəziyyətdə olduğunu sübut edib. Zelenski daha əvvəl də bildirmişdi ki, Saakaşvilinin Ukraynaya qaytarılması üçün əlindən gələni edəcək.

Teqlər:

"Zelenski Gürcüstan səfirinə Ukraynanı tərk etməsini tapşırıb"

Əlaqəli Xəbərlər