ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır
Redaksiya
ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvien "İctimai" kanalına müsahibəsində bildirib.
"Biz inanırıq ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər. Hesab edirik ki, bütün tərəflər bunun mümkün olması üçün birgə səylər göstərməlidir. ABŞ hesab edir ki, bu düzgün yanaşmadır"-deyə o qeyd edib.
Teqlər:
"ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır"