Tokayev: Qazaxıstan və Yaponiya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb
Nərmin Qocamanlı
Yaponiya Qazaxıstan iqtisadiyyatına ən böyük sərmayə qoyan on ölkə sırasındadır.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaponiya Parlamentinin Qazaxıstanla Dostluq Liqasının sədri Toşiaki Endo ilə görüşündə deyib.
O qeyd edib ki, ölkə Qazaxıstana 8 milyard dollar sərmayə qoyub. Dövlətlər arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb.Daha da inkişaf üçün potensial var.
Məlumata görə, tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi və parlamentlərarası qarşılıqlı fəaliyyətin gücləndirilməsinin aktual məsələlərini nəzərdən keçiriblər.
Teqlər:
"Tokayev: Qazaxıstan və Yaponiya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb"